RU
Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar
17:50
20

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

Dünyaca məşhur müğənni Rihanna övladları ilə birlikdə vətəni Barbadosa səfər edib.

Ulduz müğənni bir vaxtlar yaşadığı küçədə çəkdirdiyi fotoları sosial şəbəkə hesablarında paylaşıb.

Belə ki, o, Brictaun şəhərində əvvəllər Uestberi adlanan, 2017-ci ildə isə müğənninin şərəfinə rəsmi olaraq "Rihanna Drive” adlandırılan küçədə yerləşən evlərinə baş çəkib. 

"Bir an özümü Uestberidən olan o uşaq kimi hiss edirəm. Növbəti an isə öz uşaqlarımı "Rianna Drive” küçəsinə gətirirəm. Həyat necə də heyrətamizdir!”, - deyə Rihanna səfər zamanı yaşadığı duyğularını bölüşüb. 

Pop-ulduzun bu paylaşımı qısa müddətdə milyonlarla bəyənmə toplayıb.

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ