Azərbaycanda 6 bal gücündə zəlzələ qeydə alınıb.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 7News.Az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ olub.
Dərinliyi 5 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
11:56
Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.
11:48
Qaxda zəlzələ olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 11:36-da Qax rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanın gücünün təqribən dörd bala yaxın olduğu bildirilir.
Zəlzələ Zaqatalada da hiss edilib.
Dağıntılar barədə məlumat yoxdur.








