RU
15:41
586

"Zaqsla subay oğlana ərə gedib, qanuni övlad doğmuşam" - Afət Nüşabəyə söz atdı

"Ay xanım, cox gözel bilirsən ki, mənim şou aləmində yaxın çevrəm Nazənin xanımdır, əxlaqlı Azərbaycan xanımıdır. Bəs sənin çevrən kimdir? Səviyyə deyəndə də nəyi nəzərdə tutursan bilmirəm".

7News.Az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı həmkarı Nüşabə Ələsgərliyə cavabında bildirib:

"Açıq danışa bilmirsənsə, danışma. Ya da açıq danış, payını verim! Xalq ikimizi də yaxından tanıyacaq. Nə sənətdə ( ikimiz də toy müğənnisiyik), nə də şəxsi həyatda mənim səndən əskik yerim yoxdur, subay oğlanla ailə qurub, qanuni övlad doğmuşam. Zaqsımın və ayrılmağımın qanuni sənədlərini yaya bilərəm. Hansı səviyyədən danışırsan? Sual edirəm. Danışanda sözlərinə fikir ver! Ayıb olsun. Çox dərinə getmirəm. Bir də məndən danışsan, başqa cür danışacam! Havadarların da kimdirsə, ondan yüzü gələ mənə heç kim, heç nə edə bilməz! Nəsimi demiş "Haqq mənəm". Azərbaycan qanuni ölkədir, bunu unutma! Qəzəli də dövlətin qanunları icazə verib, oxumuşam. Mənə irad bildirən qələt edir, başını da daşa döyür. 

Xatırladaq ki, Nüşabə Ələsgərli Afət Fərmanqızı haqqında bu sözləri demişdi:

"Mən o səviyyənin adamı deyiləm. Çevrəm mənə deyir ki, ayıbdır, öz səviyyəni aşağı salma. Eybi yoxdur, bu, məni yandırırsa, yanaram, gedib su da içərəm. Ancaq daha imkan verməyəcəm ki, kimsə adımdan istifadə etsin”.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ