Bir müddət öncə Moskvada konsert verdiyi üçün tamaşaçılar tərəfindən sərt tənqid olunan Şəbnəm Tovuzlu sosial media hesabında canlı yayımda olub.
7News.Az xəbər verir ki, canlı yayım zamanı Şəbnəm onu tənqid edən izləyicilərinə smarıclar göndərib. O, həmkarı Röya Ayxan haqqında da danışıb:
"Röyanı evdə rəqs etdiyi üçün tənqid edirsiz. Bəs Röya yaşlı nənəyə ev tikdirəndə harda idiz? Mənim Röya ilə sadəcə salamım sağolum var. Amma o mənim necə biri olduğumu bilir, mən də onun. Bizi tənqid etməkdən əl çəkin. Biz birlikdəyik".
Onun haqqında yazanlara isə Şəbnəm bu sözləri deyərək tənqid edib:
"Zatən siz məhv olmusuz. Mənimi məhv edəcəksiniz?Mən xalqımı sevən xanımam. Hər zaman da başım dik olub. Elim obam məni sevməsəydi bu yerdə olmazdım. Yazırlar şəhidimiz var. Mən şəhidimə də qurban olum,əsgərimə də. Bəsdirin".
Daha ətraflı videoda:








