ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev qızının şəkilini sosial şəbəkədə paylaşmamasının səbəbini açıqlayıb:
“Qızımın şəkilini sosial şəbəkədə paylaşmıram. Buna görə məni qınayırlar ki, görməmişsən. Camaatın uşağı yoxdur ki, sən uşağının şəkilini paylaşmırsan? Düşünürəm ki, qızım başqa peşənin sahibi ola bilər. Buna görə məni qınayar ki, niyə mənim şəkillərimi paylaşmısan?”.
Verilişdən bu və digər görüntüləri ATV.az-ın "Verilişlər" bölümündən izləyə bilərsiniz.
Nigar RƏHİMQIZI








