RU
Özbəkistan, ABŞ, Pakistan və Əfqanıstan yeni bir platforma yaradır
20:10
359

Özbəkistan, ABŞ, Pakistan və Əfqanıstan yeni bir platforma yaradır

Özbəkistan, ABŞ, Pakistan və Əfqanıstan daxili Əfqan böhranının həlli ilə bağlı məsləhətləşmələr üçün yeni bir platforma yaradıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Özbəkistan Xarici işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər belə bir razılığa 15-16 iyulda Daşkənddə keçirilən "Mərkəzi və Cənubi Asiya: Regional qarşılıqlı əlaqələr. Çağırışlar və imkanlar” beynəlxalq konfransı çərçivəsində gəlinib.

"Daşkənddə ABŞ, Özbəkistan, Əfqanıstan və Pakistan nümayəndələri Əfqanıstanın sülh prosesinə və münaqişədən sonrakı həllinə dəstək vermək üçün məsləhətləşmələr üçün yeni dördtərəfli platforma yaratmağa qərar verdilər”- Özbəkistan XİN-in yaydığı məlumatda qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, tərəflər Əfqanıstandakı uzunmüddətli sülhün və sabitliyin regional əlaqələr baxımından mühür rol oynadığını hesab etdiklərindən  sülh və qarşılıqlı regional əlaqələrin gücləndirilməsi ilə bağlı  fikirləri bölüşürlər.

Tərəflər yaxın aylarda yenidən görüşüb  əməkdaşlığın şərtlərini müzakirə etmək barədə də razılığa gəliblər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ