RU
Özbəkistan Qazaxıstanla keçid-buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb
16:10
231

Özbəkistan Qazaxıstanla keçid-buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb

Özbəkistan Qazaxıstanla sərhəddə yerləşən Qaraqalpaq Muxtar Respublikasındakı sərhəd keçid-buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb.

Məlumatı "Zakon” yayıb.

Bildirilib ki, Özbəkistanla Qazaxıstan arasında olan "Daut-ata” - "Tajen” buraxılış məntəqəsində şəxslər, nəqliyyat vasitələri və yük maşınlarının buraxılması müvəqqəti olaraq dayandırılıb.

Bununla yanaşı hazırda "Karakalpak-Beyneu” dəmir yol marşrutunun bağlanması planlaşdırılır.

Qeyd edək ki, iyulun 1-də Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında konstitusiyaya əlavə və dəyişikliklər layihəsinə etiraz olaraq mtinq keçirilib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ