RU
Zədədən sonra “gözləyim, keçər” deməyin — bərpanı gecikdirə bilərsiniz
10:27
60

Zədədən sonra “gözləyim, keçər” deməyin — bərpanı gecikdirə bilərsiniz

Ayaq biləyinizi burxdunuz, əzələniz və ya bağınız dartıldı? Zədədən sonra "uzanım, keçib gedər” düşüncəsi bərpa prosesinin uzanmasına səbəb ola bilər.

7News.Az Klinik.media-a istinadən xəbər verir ki, zədədən sonra uzunmüddətli və nəzarətsiz hərəkətsizlik əzələ zəifliyinə və funksional bərpanın gecikməsinə səbəb ola bilər. Bu səbəbdən reabilitasiyada əsas məqsəd yalnız istirahət etmək deyil, zədənin xüsusiyyətlərinə uyğun mərhələli və təhlükəsiz hərəkət proqramı qurmaqdır.

Fizioterapiyada zədənin növü və ağırlıq dərəcəsindən asılı olaraq aktiv və ya passiv hərəkətlər, mərhələli yüklənmə və digər reabilitasiya üsullarından istifadə edilə bilər. Məqsəd hərəkət funksiyasının bərpasına, əzələ zəifliyinin qarşısının alınmasına və gündəlik fəaliyyətə təhlükəsiz qayıdışa dəstək olmaqdır.

Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzində hər pasiyentin vəziyyəti fərdi qiymətləndirilir və müayinənin nəticələrinə uyğun reabilitasiya proqramı hazırlanır.

Zədədən sonra təxmin etməyin — düzgün qiymətləndirin, düzgün bərpa olunun.

Müayinə və məlumat üçün: +994 70 400 01 00

 çün: +994 70 400 01 00


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ