RU
Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
12:15
23

Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub


8 Noyabr - Zəfər Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələrinin təşkilatçılığı ilə ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən silsilə tədbirlər təşkil olunub.

Tədbirlər çərçivəsində gənclər tərəfindən Şəhidlər xiyabanları ziyarət olunub, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bununla yanaşı, Zəfər Gününə həsr olunmuş dəyirmi masalar, görüşlər və maarifləndirici tədbirlər təşkil edilib. Görüşlərdə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, Azərbaycan xalqının milli birliyi, şəhid və qazilərimizin qəhrəmanlığı, eləcə də Zəfərin ölkəmizin gələcək inkişafı üçün yaratdığı imkanlar müzakirə olunub. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, xalqımızın uzun illər gözlədiyi tarixi ədalət təmin edilib.

Eyni zamanda, gənclərin tarixi Zəfər haqqında biliklərinin artırılması, onların milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.  Həmçinin, Zəfər Gününün tarixi əhəmiyyətini və Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən "Şuşa, sən azadsan!”, "Zəfər qəhrəmanları”, "Zirvə” və "Zəfər andı” filmləri gənclərə nümayiş etdirilib, həmçinin Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.

Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, iradəsinin və Vətən uğrunda mübarizəsinin təcəssümüdür. Belə tədbirlərin keçirilməsi də gənc nəsil üçün tarixi yaddaşın qorunması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onun gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
 





 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ