RU
Zelenski ordenlə təltif edildi
10:20
86

Zelenski ordenlə təltif edildi

Latviya Prezidenti Eqil Levits Ukrayna Prezidenti Volodimir Zelenskiyə Latviyanın ali hərbi mükafatı olan "Viestura” ordenini təqdim edib.

Bu barədə Ukrayna Prezidentinin saytında məlumat verilib.

"Bu gün (dünən – red.) Kiyevdə keçirilən görüşdə Latviya Prezidenti Ukrayna dövlətinin başçısına Latviya Respublikasının ali hərbi mükafatı – "Vyestura” ordenini təqdim edib”, - məlumatda deyilir.

Zelenskinin təltif olunması barədə qərar 2022-ci il martın 1-də Latviya Sərəncamlar Bölməsi tərəfindən "ölkəsinin qəhrəmancasına müdafiəsinə”, eləcə də "Avropanın təhlükəsizliyinin qorunmasına görə” qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ