Prezidentin mətbuat katibi Sergey Nikiforov Volodimir Zelenskinin avtomobilinin Kiyevdə qəzaya uğradığını bildirib.
7News.Az "Pravda"ya istinadla xəbər verir ki, bu haqda Nikiforov "Facebook"da yazıb.
"Kiyevdə minik avtomobili Ukrayna prezidentinin maşını və müşayiət edən maşınlarla toqquşub.
Dövlətimizin başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə təcili yardım göstərərək onu təcili tibbi yardım maşınına təhvil veriblər.
Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb.
Qəzanın bütün şəraiti polis tərəfindən araşdırılacaq”.
7News.Az








