RU
Zelenskinin ofisi “Təhlükəsizlik üzrə Kiyev Sazişi” layihəsini dərc edib
21:30
572

Zelenskinin ofisi “Təhlükəsizlik üzrə Kiyev Sazişi” layihəsini dərc edib

Ukrayna Prezidentinin ofisi "Təhlükəsizlik üzrə Kiyev Sazişi” layihəsini dərc edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, sənədi NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen və Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak təqdim edib.
Layihənin hazırlanmasında Qərb mütəxəssisləri və alimlər iştirak edib.

Sənəddə Ukraynanın neytral status alması və Rusiyanın onun təhlükəsizliyinin təminatçısı olması təklifi yer almayıb.

"Təhlükəsizlik üzrə Kiyev sazişi” Ukraynanın ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Türkiyə, Fransa və s. ölkələrlə təhlükəsizlik təminatına dair müqavilənin imzalanmasını nəzərdə tutur.

Müqavilə Ukraynanın NATO və Avropa İttifaqına üzvlük istəyini ləğv etmir. Bundan başqa, təhlükəsizliyin təminatçısı olan ölkələr Ukraynaya hərbi təhlükə halında 24 saat ərzində bu məsələni müzakirə etməlidir.

Saziş rəsmi Kiyevə Hava Hücumundan Müdafiə və Hava Hücumundan Müdafiə Sistemlərinin satışını da nəzərdə tutur.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ