RU
Zelenskinin ofisində axtarış aparıldı
10:40
17

Zelenskinin ofisində axtarış aparıldı

"Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin Ofisində istintaq tədbirləri keçirib".

7News.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko öz Telegram kanalında məlumat paylaşıb.

"NABU Prezident Ofisində istintaq tədbirləri aparır", - deyə deputat bildirib.
O, başqa təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bundan öncə NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat keçirir. Sözügedən şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) "qəyyumluq" etməkdə və əmlakı leqallaşdırmaqda şübhəli bilindiyi qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ