İngiltərə Kubokunda "Tottenham” səfərdə 8-ci divizionda çıxış edən "Marine” klubu ilə qarşılaşıb.
Gözlənildiyi kimi, qonaqlar qələbə qazanıblar. - 5:0
Lakin bu oyunla bağlı daha çox "Marine”nin oyunçusu Ceyms Barrigan adlı futbolçunun adı çəkilib.
Belə ki, Ceyms həftə ərzində Liverpul şəhərində zibil yığan işləyir və işinin bir hissəsi olaraq hər gün təxminən 30.000 addım atır.
O, çətin bir şey olduğunu söyləyir, ancaq 1 yaşındakı qızına baxmaq üçün məcbur olduğunu bildirib.








