Zombi Ancelina Coli və ya Zombi Gəlin olaraq tanınan 19 yaşlı Sahar Tabar 10 il həbs cəzasına məhkum edilib.
Buna səbəb iranlı qadının cəmiyyəti korrupsiyaya təhrik etmə cəhdləri olub.
Hadisədən sonra iranlı jurnalist Masih Əlinejad sosial şəbəkə hesabından Tabarın azadlığa buraxılması üçün imza kampaniyası başladığını açıqlayıb.
Bildirək ki, "Instagram"da 480 mindən çox izləyicisi olan Tabar 2019-cu il 5 oktyabrda nəzarətə götürülüb.








