RU
Zorlandıqlarını dedilər, yalanlarının üstü açıldı - Belə ifşa oldular (FOTO/VİDEO)
22:30
1042

Zorlandıqlarını dedilər, yalanlarının üstü açıldı - Belə ifşa oldular (FOTO/VİDEO)

Moskvanın mərkəzində zorlandığını iddia edən 8-ci sinif şagirdi evə sərxoş qayıtmaqdan qorxduğu üçün zorlanması barədə ortaya uydurma bəhanə atıb.

14 yaşlı Maşa rəfiqələri ilə birlikdə əyləncə məclis təşkil ediblər və orada da spirtli içki içməyi əvvəlcədən planlaşdırıb.

Ziyafətin bitməsinə az qalmış, sərxoş vəziyyətdə olan qız valideynlərinin reaksiyasından qorxduğu üçün rəfiqələri ilə  vəziyyətdən çıxmaq barədə bəhanə axtarıb. 

Qızının evə gec gəldiyindən narahat olan 8-ci sinif şagirdinin anası saat 18:30 radələrində Maşanı axtarsa da, nəticə olmur. Onun telefonu cavab vermir və bağlı olur. 

Evə dönən zaman isə Maşa zorlandığı barədə yalan uydurur. Guya ona maskalı və qara paltarlı asiyalı bir kişi ona hücum edib. Valideynləri də onun dediyinə inanıb polisə şikayət  ərizəsi  yazmağa gedirlər. Lakin polisin məsələni araşdırması zamanı ortaya tamamailə fərqli bir səhnə çıxır.  Belə ki, polis kameraları yoxladıqda Maşanın dediklərinin tam uydurma olduğunu başa düşür. Lakin qız israrla zorlandığını iddia edir. Onun dediklərinin cəmi bir gündən sonra yalan olduğu ortaya çıxır.

Anasının sözlərinə görə, artıq bir ildir ki, valideynlər Maşanın pis ətrafı ilə dostluğunu kəsə bilmirlər. Yeni dərs ilində onu hətta başqa məktəbə köçürsələr də, faydası olmayıb. Məlum olub ki,  həmin çevrədən olan qızlardan  biri orada oxuyur. Əvvəllər Maşa yaxşı oxuyurdu, olimpiadalarda iştirak edirdi, amma indi hər şey  pisə doğru gedir.

Buna oxşar digər hadisə isə Yekatrneburqda baş verib. Belə ki, 23 yaşlı ali məktəb tələbəsi olan  Alina bir kişi ilə könüllü surətdə hotelə gedib, sonradan güclə küçədə zorlandığını iddia edib. 

Belə ki, 23 yaşlı Alina öz insraqram səhifəsində zorladığını yazıb. Böyük bir postuna görə çoxsaylı dəstəkverici layklar alıb. Alina yazır ki, səhər saat 6 radələrində Pavlik Moroz adına parkın yanından keçərkən arxadan ona naməlum şəxslər hücum edir. Basqın edənlər onu əvvəlcə pakda, daha sonra isə taksi sifariş edərək hostelə aparıb orada zorlayıblar. Qız iddia edir ki, onu zorakılıqla hədələdiklərindən qaçmağa belə cəhd etməyib. Alina ancaq "zorlayan” şəxs yuxuladıqdan sonra qaça bilib. 

Lakin araşdırma zamanı tamamilə fərqli bir səhnə ortaya çıxıb. Bəlli olub ki, Alina günahlandırdığı şəxslə sakitcə Yekatrenburqda birgə mehribancasına söhbət edə-edə hotelə gəliblər. Onlar hotelə yaxın mağazadan dondurma və sok alaraq birgə gəliblər. Orada otaq sifariş verib sənədlər qeydə alınanadək dondurma yeyib. Daha sonra isə birgə otağa qalxıblar. Bir saatdan sonra isə Alina tək qaçır.

Hadisə isə şəhərin "Yamal” hotelində baş verib və baş verənləri mehmanxana polisi də təqsdiqləyib. Onun açıqlamasında sonra isə Alinanın zorlanması faktı araşdırılmayıb və hesab ediblər ki, o, əxlaqsızlıqla məşğul olur.

Araşdırma zamanı o da bəlli olur ki, dizayner fakültəsinin 3-cü kurs tələbəsi olan Alina təhsil haqqını ödəmədiyinə görə, ali məktəbdən də xaric edilib. 

Polis isə "zorlayanı” dindirib və sərbəst buraxıb./olke


 

7NEWS.Az

 


 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ