- Mərhum bəstəkar Elza İbrahimovanın sizin sözlərinizə yazdığı mahnı nəzərdə tutduğunuz yox, tamamilə başqa bir müğənninin ifasında səslənib. Bu məsələdə sizi qane etməyən məqamlar nədən ibarətdir?
- Təşəkkür edirəm ki, xahişimi nəzərə alıb, müsahibəyə gəlmisiniz. Təxminən 9-10 il əvvəl yazdığım bəzi şeirləri-şairə deyiləm, həvəskaram-mərhum bəstəkarımız Elza İbrahimovaya bir sənətkar vasitəsiylə göndərdim ki, musiqi bəstələsin. Elza xanım da şeirlərin içindən birini seçib, musiqi bəstələdi.
- Tərlan xanım, redaksiyamızla əlaqə saxladınız və müsahibə vermək istədiyinizi bildirdiniz. Səbəb də budur ki, mərhum bəstəkar Elza İbrahimovanın sizin sözlərinizə yazdığı mahnı nəzərdə tutduğunuz yox, tamamilə başqa bir müğənninin ifasında səslənib. Bu məsələdə sizi qane etməyən məqamlar nədən ibarətdir?
- Təşəkkür edirəm ki, xahişimi nəzərə alıb, müsahibəyə gəlmisiniz. Təxminən 9-10 il əvvəl yazdığım bəzi şeirləri-şairə deyiləm, həvəskaram-mərhum bəstəkarımız Elza İbrahimovaya bir sənətkar vasitəsiylə göndərdim ki, musiqi bəstələsin. Elza xanım da şeirlərin içindən birini seçib, musiqi bəstələdi.
- Hansı şeir idi?
- Şeir "Etiraf" adlanırdı. Musiqi bəstələnəndən sonra həmin adam telefonuna yazıb gətirdi, dinlədim. Ağlıma gəlmədi ki, o dinlədiyimi telefonuma köçürüm. Bir müddət keçdi, həmin sənətkarla müasibətimiz azacıq pozulan kimi oldu. Əslində, heç pozulmamışdı da. Üstündən çox illər keçdi, münasibətimiz də düzəldi, danışdıq. Bildirdi ki, mənzilini dəyişəndə həmin səs yazısı itib. 2016-cı ilin aprelində gəlib dedi ki, səs yazısını tapmışam, bunu aranjiman elətdirək, özüm də oxuyacağam. Etiraf edim ki, səsini çox bəyəndiyim sənətkardır. Aranjimançı Rəşad Hüseynova müraciət etdik. Aranjiman prosesi iki ay çəkdi. Yenə də həmin sənətkar yaşlı anasını görmək üçün rayonlardan birinə getməli oldu. Anası ağır xəstə olduğu üçün rayondan tez qayıda bilmədi. Bir müddət keçdi. Günlərin birində ARB kanalında baxıram ki, Aybəniz Haşımova öz evində Elza İbrahimovaya və mənə aid olan bəstəni oxuyur. Televizordan həmin ifanı yazıb saxladım. Təəccüb etdim ki, bu əsər ancaq bir nəfərdə olub. Əlaqə saxladım, bildirdi ki, heç kimə heç bir şey verməmişəm. Aybəniz Haşımovaya zəng vurdum. Ona izah etdim ki, bu, mənə aiddir, sizdə haradandır? Bir az kobud danışdı və bildirdi ki, Elza İbrahimovanın qardaşı Çingiz İbrahimova müraciət edin, bu işə qarışmıram. Axırda çox kobud cavab verib, dəstəyi asdı. Ertəsi gün Aybəniz Haşımova özü mənə zəng vurdu, bəzi şeylərə aydınlıq gətirib, üzr istədi. Mahnını gənc bir qızın ifasında da eşitmişdim, amma bəyənməmişdim. Birincisi, mahnının sözlərində dəyişiklik edilib, ikincisi adı yanlışdır.
- Hazırda Flora Kərimovayla ünsiyyətiniz var?
- Bəli, amma mənə zəng etmədi. Axırıncı dəfə mənə yayın əvvəllərində zəng vurub.
- Həmin verilişdən sonra keçmiş qudanıza zəng vurub, adınızdan danışmağının səbəbini soruşdunuz?
- Xeyr.
- Bəs Flora xanımın sizin narazı olmağınızdan xəbəri var?
- ARB-dəki verilişdən sonra etirazımı yazılı şəkildə Flora xanımın köməkçisi Yaquta bildirdim. Sonradan bu barədə qızı Zümrüdə dedim.
- Reaksiyalar nədən ibarət oldu?
- Yaqut heç bir şeyə qarışmır. Zümrüd sülh yaratmaq üçün dedi ki, dərinə getməyək. Mən Zümrüdü öz balam qədər çox istəyirəm, istəmişəm, istəyəcəyəm də. Bizim münasibətimiz olduğu kimi də qalır. Zümrüdün adının bu məsələdə hallanmağına da ehtiyac yoxdur. Çünki bu, mənimlə Floranın arasında olan münasibətdir, düzgün olmayan bir şeydir, haqsızlıqdır. Məni pis vəziyyətdə qoydu. Əlimdə maddi dəlillər-yazışmalar, telefon söhbətləri ola-ola mənim adımdan danışıb. Buna baxmayaraq, etirazımı şəxsən Floraya bildirməmişəm.
Zümrüd kimi bir qızı dünyaya gətirdiyinə, tərbiyə verdiyinə, ona həyat dərsi öyrətdiyinə, gözəl bir insan yetişdirdiyinə görə ona minnətdaram. Amma bu məsələdə keçməyəcəyəm. Adımdan yalan danışdığına görə üzr istəməlidir.
7News.az








