RU
12:44
394

"Zümrüdün övladın görmək arzusundayam"- 78 yaşlı xalq artistindən etiraf

Xalq artisti Flora Kərimova "Show news" verilişinə övladları haqqında danışıb.

Xalq artisti övladları üçün çox darıxdığını deyib.

" 78 yaş elə bir yaşdır ki, hər gün övladlarıma hesabat verirəm. Səhər açılır danışırıq, axşam olur deyirəm gün ərzində nə etmişəm, hara getmişəm. Oğlanlar hardasa nə iləsə başın qatır amma anaya bağlı olan qız üçün anadan ayrı yaşamaq çətindir".

Nəvələri haqqında danışan xalq artisti bildirib ki, oğul nəvələrin görüb amma qızı Zümrüdün övladın görmək ən böyük arzusudur.

"Oğlum hələ evlənməmişdi bunlar ikisi söhbət edirdilər. Oğlum deyirdi qızım olanda adın Flora qoyacam. Qızım da balaca idi o da deyirdi ki, mən də Flora qoyacam. Oğlumun iki oğlu oldu qoya bilmədi ancaq qızımdan Floranı gözləyirəm. O da yaradan qismət eləsə" deyərək xalq aristi etiraf edib./big
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ