RU
Üzünə benzin töküb yandırılan 2 yaşlı uşağın xəstəxanadan SON GÖRÜNTÜSÜ - ÜRƏKPARÇALAYAN VİDEO
16:40
328

Üzünə benzin töküb yandırılan 2 yaşlı uşağın xəstəxanadan SON GÖRÜNTÜSÜ - ÜRƏKPARÇALAYAN VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda 2 yaşlı Anjelikanın üzərinə beznin tökülüb. Nəticədə azyaşlı tanınmaz hala düşüb və əməliyyat üçün Türkiyəyə aparılıb.

7News.Az xəbər verir ki, Anjelikanın xəstəxanadan görüntüləri yayımlanıb. Videonu "Uşaqların xoşbəxt gələcəyi" qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva paylaşıb. O, azyaşlının son vəziyyəti barədə məlumat verərək bildirib ki, Anjelika 24 saat dayə nəzarətindədir:

"Uşağa çox yaxşı baxılır. Bu gün Anjelanı 3- cü əməliyyat gözləyir. Əməliyyat 12 saat çəkəcək".

Qeyd edək ki, 2 yaşlı Anjelika ailə münaqişəsi nəticəsində yandırılıb. Uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir. Körpənin müalicəsinə tələb olunan vəsaitin bir hissəsi ( 21 min dollar - təxminən 30 min manat) "Uşaqların xoşbəxt gələcəyi" qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva-Kərimovanın səyi nəticəsində toplanıb.



 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ