Gürcüstan Prezidenti Salome Zurabişvili kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyaya səfərə gedib.
7NEWS.Az xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.
"Gürcüstan Prezidenti Birləşmiş Krallıq və Şimali İrlandiya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyaya yola düşüb”, - deyə məlumatda qeyd olunub.
İşçi səfər çərçivəsində Salome Zurabişvilinin bəzi görüşlər də keçirəcəyi bildirilib.
7NEWS.Az








