ABŞ-nin Nyu-York şəhərində 11 sentyabr 2001-ci il terror aktlarının daha bir qurbanının şəxsiyyəti rəsmi olaraq təsdiqlənib. Bu, DNT testi və nəsil şəcərəsi təhlilini birləşdirən genetik genealogiya metodu sayəsində mümkün olub.
Bu barədə ABC telekanalı məlumat verib.
Şəhərin baş məhkəmə-tibb eksperti Ceyson Qremin sözlərinə görə, həmin gün həlak olan təxminən 3000 qurbandan 1651-cinin şəxsiyyəti müəyyən edilib. Qeyd olunur ki, 25 il əvvəl belə bir texnologiya mövcud deyildi.
Məhkəmə-tibbi antropoloq Cennifer Odien ehtimal edir ki, yeni yanaşma daha 47 nəfərin müəyyənləşdirilməsinə kömək edə bilər. Ümumilikdə təxminən 1100 ölənin şəxsiyyəti müəyyənləşdirilməmiş olaraq qalır.








