Gənc sevgilisini qəbul edə bilməyən qadın dəhşət saçdı
7News.az xəbər verir ki, ABŞ-da 76 yaşlı Qreys Edc, keçmiş həyat yoldaşı, 75 yaşlı Uolles Truman Edc ilə onun 40 yaşlı sevgilisi Pamela Kuk arasındakı münasibəti qəbul edə bilməyərək dəhşət saçdı. Keçmiş həyat yoldaşının qaldığı evə daxil olan qadın atəş açaraq iki nəfəri öldürdü, sevgilinin 55 yaşlı anasını isə yaraladı. Bildirilir ki, hadisədən dərhal sonra şerif idarəsinə gedən qadın nəzarət altına alınıb. Həmçinin məlum olub ki, cütlük on ildən çox əvvəl boşanmış olsa da, zaman-zaman əlaqə saxlamağa davam ediblər.