Qocalmayan meduza insan ömrünü uzatmağın açarı ola bilərmi?
7News.az xəbər verir ki, ölməz meduza öz həyat dövrünü geriyə çevirərək yenidən cavanlaşmaq qabiliyyətinə malikdir. Alimlər, insan hüceyrələrinin də oxşar şəkildə bərpa olunmasını təmin edə biləcək üsullar hazırlamaq məqsədilə bu canlının hüceyrə səviyyəsindəki sirlərini araşdırırlar.