Türkiyədə 20 yaşlı gənc 16 yaşlı sevgilisini zorlayıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, 16 yaşlı Y.U və 20 yaşlı sevgilisi A.K birlikdə gəzərkən hava soyuq olduğuna görə binanın çardağına çıxıblar. Bir müddət söhbət etdikdən sonra oğlan qızla cinsi münasibətə girmək istəyib. Lakin Y.U "yox" cavabını verdikdə A.K sevgilisini zorlayıb.
Qız ona təcavüz edən oğlandan ayrılıb, lakin 3 ay sonra hamilə olduğunu öyrənib.
Ailəsi məsələdən xəbərdar olduqda A.K-dan polisə şikayət edib.
A.K polisə ifadəsində Y.U-nun ona 18 yaşında olduğunu söylədiyini bildirib.
7News.Az








