Sabunçu rayonunda yerləşən 169saylı məktəbin rus bölməsinin 1e sinfində Azərbaycan dili dərsində şagirdlər bahar təravətli çıxışları ilə Novruzun gəlişini qeyd etdilər. Bu tədbirdə şagirdlər Novruzun adət-ənənələrini əks etdirən oyunlar da nümayiş etdirdilər. Rus dilində təhsil almaqlarına baxmayaraq, şagirdlər Azərbaycan dilində də şeirlər səsləndirdilər.



7News.Az








