RU
200-dək iraqlı vətənlərinə qayıtmağa razılıq verdi
22:10
780

200-dək iraqlı vətənlərinə qayıtmağa razılıq verdi

200-dək İraq vətəndaşı Belarus-Polşa sərhədindən vətənə qayıtmağa razılıq verib.

7NEWS.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Saahaf bildirib. Onun sözlərinə görə, hazırda İraqa könüllü qayıtmaq istəyən 170 nəfər qeydiyyatdan keçib, 55 tranzit pasportu verilib.

 

Xarici siyasət idarəsinin rəsmisi onu da bildirib ki, reysin təşkili üçün Minsk hava limanının rəhbərliyi ilə əlaqə saxlayırlar. Uçuş noyabrın 18-nə planlaşdırılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ