RU
Sabah bu ərazilər təbii qazsız qalacaq
21:21
710

Sabah bu ərazilər təbii qazsız qalacaq

Yanvarın 31-də saat 10:00-dan 17:00-dək "Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə 7news.Az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ