RU
DİQQƏT! Qaz olmayacaq
13:50
269

DİQQƏT! Qaz olmayacaq

Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” İstehsal Birliyindən 7News.Az-a verilən məlumata görə, bu müddət ərzində "Qaz İxrac” İdarəsinin balansında olan "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ