RU
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş
17:23
62

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fiziki şəxs Göyüşov Ramin Xəlil oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə "Ağdam Kamp Otel" kompleksində ofis binasının və yataq otaqlarının icarəyə götürülməsi nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 123 635,72 manatdır.

Ramin Göyüşov iş adamı Xəlil Göyüşovun oğludur. Xəlil Göyüşov "Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri kimi tanınır. 

Ramin Göyüşov "Ağdam Kamp Otel”in rəhbəridir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ