RU
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu
17:31
23

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti daha bir tenderin qalibi seçilib. 

Həmin tender "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilib. 

Satınalma predmeti Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirindən ibarətdir. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri isə 24 985 363,84 manatdır. 

"Gəncə Körpü Tikinti-2” ASC bir neçə gün əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhərində küçələrin əsaslı təmir ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 635 505,74 manat olub.

"Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılıb. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə isə 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ