RU
Bu ərazilərdə su olmayacaq
20:30
229

Bu ərazilərdə su olmayacaq

Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətrafdakı yaşayış massivlərinə 4 noyabr 2019-cu il axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə " Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Anar Cəbrayıllı bildirib ki, Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən bu gecədən Sumqayıt stansiyası və ətraf ərazilərdə su verilməsində məhdudiyyət olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ