"Baku Electronics"i heç kimə bir müştəri kimi MƏSLƏHƏT GÖRMÜRƏM! - ŞİKAYƏT

İyul ayında "Baku Electronics"dən kofe üyüdən elektrik avadanlıq əldə etdik nəğd ödənişlə. Məhsulun "stock"da olmaması səbəbindən başqa bir filiala müraciət etdılər və bizə avadanlığı təqdim etdılər və formal xarakter daşıyan zəmanət talonu yazıldı. Məhsulu 1 gün sonra test etmək qərarına gəldikdə, bir qədər işlədikdən sonra dayandı. Məhsulu geri gətirdik yenisi ilə əvəz etməyə, yenisinin olmadığı, sonuncu məhsulun satiş vitrinindən bizə təqdim olunduğu söylənildi. Diqqətinizə çatdırım ki, satış etik qaydalarına əsaslanaraq, vitrindən müştərinin razılığı olmadan qəti şəkildə məhsulu satmaq olmaz. Bu səbəblə servisə gondərəcəklərini söylədilər".

AFN xəbər verir ki, bu barədə Orxan Hacıəli adlı vətəndaş feyzbukdakı "Müştəriyəm, şikayətim var" adlı qrupda bildirib. Onun sözlərinə görə, 1 həftədən sonra servisdən zəng gəlib və bildirilib ki, məhsul işlək vəziyyətdədir, lakin bu avadanlıq öncədən bu servisdə artıq qeydiyyata düşüb: "Məhsul aldığımız filiala geri dönüb, yaranmış vəziyyəti izah edib, məhsulu geri qaytarmaq istəyimizi bildirdik və cavab olaraq bizə deyildi ki, nu halda 40% məhsulun dəyərindən kəsiləcək. Uzun mübahisədən sonra faiz dərəcəsini 25% qədər salırlar, baxmayaraq ki, məhsul 2 gün ərzində geri qaytarılıb. Bununlada razı olmadığım üçün ərizə forması doldurub baş ofisə şıkayətimi bildirdim.

Bir neçə gün sonra bizimlə əlaqə saxlanıldı və soylənildi ki, sizin şikayətiniz təstiqlənib və akt tərtib olunub, 2 gün sonra telefonunuza SMS gələcək, pulunuzu tam məbləğdə gəlib göturə bilərsiniz. Və beləliklə həmin 2 gün oldu 10 gün, zəng edib bir daha maraqlandım, yenidən bildirdilər ki, 2 gün ərzində SMS gələcək. 3 gün sonra bir daha əlaqə saxladım, məni sakitləştirib yenidən 2 gün ərzində SMS gələcəyi barədə and verdilər. Maraqlısı ofur ki, həmin and verilmiş 2 gün də oldu 1 həftə, artıq zənglərimə qəti şəkildə cavab verilmir, 193 çəğrı mərkəzi hətda problemi aydınlaşdırandan sonra dəstəyi asır. Burda artıq prinsipial bir mənzərə yarandı, 2 gün sonra olan aviabiletimi təxirə salıb üz tutdum mərkəzi ofisə. Müdiriyyət mənimlə danışmaqdan boyun qaçırdı, məsuliyyəti yıxdı servisin üzərinə, servis müdiriyyətin. Müdiriyyət məsələnin həlli ilə bağlı məsuliyyəti yönləndirdi baş ofisin direktorunun üzərinə, uzun zaman itirirəm baş ofisdə.
Müdiriyyət məni 2-ci dəfə ərizə yazmağıma yola gətirdi və məsələnin müsbət həllini tapacağına əminlik verdi, həftənin 1-ci gunun yarısına qədər. Mən yenidən aviabilet aldım 1-ci günün axşam reysinə. 1-ci günün yarısı SMS gəldi nəhayət ki, getdim ödənişi götürməyə və 25% kəsinti ilə vəsaitimi aldım. Nəzərinizə çatdırım ki, 25-30% şirkətin məhsul üzərində olan gəliridir. Və bu yaranmış haldan belə qənaətə gəlmək olar ki, şirkət dələduzluq yolu ilə qazanacağı gəliri qazandı və həmin məhsul Nərimanov filialında yenidən vitrində satışda öz novbəti şikar müştərisini gözləyir.
Mənim axşam reysinə aviabiletim olduğundan və təcili getmək məcburiyyətində olduğumdan bu prinsipial mübarizəni şərəfsizcəsinə qazanan "Baku Electronics" oldu. Və problemin həlli yolunda itirdiyim zaman 2 ay. Bu ölkəni sistemdən, nüfüzdan salan bu cur dələduz, şərəfsiz şirkətlər və işini düzgün apara bilməyən işçi heyətidir. Dələduzların, formal endirimlərin ve keyfiyyətsiz brendlərin qurbanı olmayın! Baku Electronicsi heç kimə bir müştəri kimi məsləhət görmürəm!"
Qeyd edək ki, "BakuElectronics" məsələ ilə bağlı mövqeyini həmin paylaşımda açıqlayıb. Bildirilir ki, müştəri servisə müraciət etdiyi zaman ona satılan məhsulun yaxşı üyütmədiyini və bəzən işləmədiyini bildirib: "Cihaz servisdə yoxlanıldığı zaman qeyd edilən qüsurların heç biri aşkarlanmayıb. Müştəri məhsuldan imtina etdiyinə görə təqdim olunan cihazın xarici görünüşü və istifadə olunduğu nəzərə alınaraq 40 % tutulma olacağı bildirilib. Müştəri məmnuniyyətini nəzərə alaraq rəhbərlik tərəfindən qeyd olunan 40 % tutulma 25% tutulma ilə əvəzlənib və bu müştəriyə Azadlıq mağazasının rəhbərliyi tərəfindən də bildirilib. Müştəri razılıq verdiyi üçün məhsul aktlaşdırılıb və məhsul qaytarma edilib".




Xəbər lenti