lombard

Bakıda "Buta Airways"ində QALMAQAL: "Təyyarəni mən sındırmışam?" (VİDEO)

Bakıda

Xəbər verdiyimiz kimi, bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

Unikal.org-a "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmasının səbəbi bilinib. 

 

Təyyarənin sərnişini Unikal.org-a bildirib ki, bir neçə saatdır "Buta Airways" şirkəti 106 sərnişini təyyarədə saxlayıb. Sərnişinlər stuardesaya havasızlıqdan və mənzil başına gecikmələrindən şikayət ediblər. 

"Buta Airways" rəsmi şəxsi isə sərnişinlərin üzərinə qışqırmaqla onları sakitləşməyə çağırıb. 

"Buta Airways"in əməkdaşı sərnişinlərinə bildirib ki, təyyarədə ciddi texniki nasazlıq baş verib. Təyyarədə sınıq yaranıb. 

Xəbər lenti