RU
Yenidən Ermənistanın baş naziri olmağa namizəddir
15:09
30

Yenidən Ermənistanın baş naziri olmağa namizəddir

Ermənistanda yeni formalaşacaq hökumətin baş naziri vəzifəsinə hakim "Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, partiyanın İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Paşinyanın namizədliyi parlamentə təqdim olunacaq.

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verir.

Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd baş nazir vəzifəsinə seçilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır.

Xatırladaq ki, baş nazir bundan öncə sosial şəbəkə hesablarında paylaşım edərək isteva verdiyini açıqlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ