RU
Azərbaycanda daha bir həkim koronavirusdan öldü
10:40
310

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının uşaqlar üzrə baş infeksionisti Şirin Əhmədova koronavirus infeksiyasından dünyasını dəyişib.

7News.Az BAKU.WS-ə istinadən xəbər verir ki, baş infeksionist bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

 

Məlumat üçün bildirək ki, Ş.Əhmədova qərb bölgəsində ən tanınan həkimlərdən biri olub.

O, bu virusa yoluxan xəstələrin müalicəsində iştirak edib.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ