RU
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
10:30
204

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

"2022-ci il iyunun 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur” - qeyd edilir.

Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi.

Nazirliyin məlumatına görə, sərhədçilərlə atışmalara səbəb Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz daxil olması və ölkə ərazisini tərk etmək tələblərinə məhəl qoymamaları olub. 

Mənbə: TASS

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ