Əfqanıstanın paytaxtı Kabildə Taliban üzvləri ilə terror təşkilatı İŞİD/H arasında şiddətli qarşıdurma baş verib.
7NEWS.az xəbər verir ki, Kart-e Sahi bölgəsində günorta saatlarında başlayan qarşıdurma axşam saatlarına qədər davam edib. Hadisə ilə bağlı şəxsi "Tvitter” hesabında açıqlama verən Taliban sözçüsü Zəbihullah Mücahid burada İŞİD-in hücrəsinə əməliyyat keçirildiyini, 4 İŞİD terrorçusunun öldürüldüyünü, birinin isə ələ keçirildiyini bildirib.
7NEWS.az








