İyunun 8-də iki rayonda elektrik enerjisi ilə bağlı məhdudiyyətlər yaşanacaq.
Təmir işləri səbəbindən yaranacaq fasilələrin qrafiki aşağıdakı kimidir:
- Biləsuvar rayonu: Saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd, Səmədabad və Amankənd kəndlərində işıq olmayacaq.
- Cəlilabad rayonu: Saat 13:00-dan 15:00-dək Günəşli, Sabirabad və Alar kəndlərinə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Təmir-bərpa işləri başa çatdıqdan sonra elektrik təchizatı tam bərpa ediləcək.








