Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həyatını itirib.
Bu barədə "Sinxua" agentliyi məlumat verib.
Hadisə iyulun 7-də səhər Qansu əyalətinin Lunnan şəhər dairəsinin Nanhe qəsəbəsində baş verib. 33 nəfər dağıntılar altında qalıb. İyulun 8-də səhərə qədər onların hamısı aşkarlanıb. Artıq axtarış-xilasetmə işləri yekunlaşıb.
Yeddi nəfər yüngül xəsarətlər alıb, beş nəfər isə yaralanmayıb. Digər şəxslər isə ölü tapılıblar.








