lombard

3 "bakkuş"u eyni anda yeməyə çalışan qız boğulub öldü - VİDEO - FOTO

3

3 "bakkuş"u eyni anda yeməyə çalışan qız boğularaq ölüb.

7News.Az Dailymail-ə istinadla xəbər verir ki, Rusiyada keçirilən keks yemə müsabiqəsi zamanı faciəvi hadisə yaşanıb.

23 yaşlı Aleksandra Yudina adlı qız müsabiqə zamanı 3 ədəd "Choco Pie" şirniyyatını eyni anda ağzına qoyduqda boğulub. Oksigensiz qalan qız şüurunu itirərək yerə yıxılıb.

Onun ətrafındakı şəxslər Aleksandraya kömək etməyə çalışsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Rusiya qəzetlərindən birinin yazdığı məlumata görə, Aleksandra leykemiya xəstəsi olub və rəfiqələrinə bildirib ki, qalan ömrünü ancaq əylənərək keçirmək istəyir.

 

7News.Az

 

 

 

Xəbər lenti