RU
“Ağ Ev Əfqanıstandakı amerikalıların dəqiq sayından məlumatsızdır“ - Baydenin müşaviri
12:50
256

“Ağ Ev Əfqanıstandakı amerikalıların dəqiq sayından məlumatsızdır“ - Baydenin müşaviri

"ABŞ hazırda Əfqanıstanda olan amerikalıların dəqiq sayını bilmir".

7News.Az "NBC News"a istinadla xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların diqqəti "Taliban"la müharibə aparan İŞİD-K kimi tanınan qrupun Əfqanıstanda terror hücumları ehtimalına son dərəcədə cəmlənib.

Ceyk Sallivan qeyd edib ki, amerikalıların Əfqanıstandan təxliyəsi riskli əməliyyatdır. Xüsusən, Taliban"ın insanların hava limanına girməsinə icazə verməyə davam edib-etməyəcəyi və İŞİD-K və ya "Xorasan İslam Dövləti" kimi tanınan qrupun ehtimal olunan hücumu da daxil olmaqla, digər gözlənilməz şərtlərə nəzərə alaraq.

Sallivan deyib: "Çox diqqət yetirdiyimiz gözlənilməz hadisələrdən biri hələ də "Taliban"a düşməni olan İŞİD-K qrupunun terror hücumu ehtimalıdır. Buna görə də riskləri minimuma endirmək və təyyarələrdə olan insanların sayını artırmaq üçün çalışmağa davam edəcəyik".

Müşavirin sözlərinə görə, Ağ Ev Əfqanıstanda neçə amerikalının olduğu barədə hələ də tam məlumatlı deyil. Bayden administrasiyası Əfqanıstanı tərk etmək istəyən bütün amerikalıları ölkədən çıxarmağa çalışır və bu barədə ABŞ-ın bu ölkədəki nümayəndələrinə məlumat verib. 

"Lakin vəziyyət qeyri-sabit olaraq qalır. İnsanların hava limanına təhlükəsiz keçməsini təmin etmək üçün hazırda "Taliban"la əlaqə saxlayırıq və bu, indi risk altında olan amerikalılara və əfqanlara hava limanına getməyə imkanı verir. Amma heç nəyə arxalana bilmərik", - deyə Sallivan əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ