7News.az xəbər verir ki, Cənubi Afrikanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda itkin düşən 59 yaşlı iş adamı Qabriel Batistanın axtarış-xilasetmə işləri zamanı 4,5 metr uzunluğunda və təxminən 500 kiloqram ağırlığında timsah zərərsizləşdirilib. Mpumalanqa əyalətindəki Komati çayında Batistaya hücum edərək onu öldürməkdə şübhəli bilinən timsahın mədəsində altı başmaq və insan qalıqları olub.








