7News.az xəbər verir ki, ABŞ-ın Texas ştatında hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilotun həlak olduğu bildirilib. Məlumatda qeyd olunub ki, qəzadan sonra ərazidə güclü yanğın baş verib və fövqəladə hallar qrupları yanğını söndürmək üçün tədbirlər görüb. Eyni zamanda, Fort-Hud (Fort Hood) bazasından verilən açıqlamada qəzaya uğrayan hava vasitəsinin AH-64 Apache hücum helikopteri olduğu təsdiqlənib.








