ABŞ-ın Florida ştatının "Key West” bölgəsində qayıq aşıb.
7News.Az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər isə itkin düşüb. Onlarla bağlı ərazidə təyyarə və gəmilərlə axtarış əməliyyatı aparılır.
Qəzadan sağ qalan 8 nəfər isə heyət üzvləri tərəfindən sudan çıxarılıb. Qayığın hansı səbəbdən aşdığı hələ ki məlum deyil.








