RU
lombard
ABŞ-da tibb işçiləri koronavirusdan qorunmaq üçün zibil paketləri “geyinirlər” - FOTO
16:20
164

ABŞ-da tibb işçiləri koronavirusdan qorunmaq üçün zibil paketləri “geyinirlər” - FOTO

ABŞ-ın Nyu-York şəhərində koronavirusa qarşı qoruyucu geyimləri çatışmayan tibb işçiləri zibil paketlərindən istifadə edirlər.

"Anadolu” agentliyi xəbər verir ki, "Mount Sinai West” xəstəxanasının tibb işçiləri sosial şəbəkələrdə bununla bağlı fotolarını paylaşıblar.

"Xəstəxanada laboratoriya önlüyü qalmadı. Maskalar da tükənib. Birdəfəlik istifadə üçün maskaları təkrar istifadə edirik”, - deyə fotoların altında qeydlər edilib.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı min nəfəri keçib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ