RU
ABŞ-dan Türkiyə ilə bağlı gözlənilməz etiraf
20:00
319

ABŞ-dan Türkiyə ilə bağlı gözlənilməz etiraf

"Biz tərəfsiz olsaydıq, Afina ilə müqavilə imzalamazdıq”.

Belə bir bəyanatla ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez çıxış edib.
Bununla da o Türkiyə-Yunanıstan gərginliyində Afinanın tərəfində olduqlarını açıq şəkildə etiraf edib.  
"Yunanıstan və Türkiyə arasında bitərəf olsaydıq, ABŞ-ın Yunanıstandakı izini genişləndirən böyük "Hərbi Təhlükəsizlik Əməkdaşlıq Sazişi” imzalamazdıq”, - Menendez  qeyd edib.

ABŞ-Yunanıstan Müdafiə Əməkdaşlığı Müqaviləsinə əsasən, Yunanıstan ABŞ-ın bu ölkədəki bazalarında, o cümlədən Türkiyə sərhədindəki Aleksandrupoli və Kritdəki Suda bazalarında daha çox ABŞ əsgərinin yerləşdirilməsinə icazə verəcək. Yenilənmiş razılaşma ilə ABŞ Yunanıstan hərbi bazalarına da çıxış əldə edəcək./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ