RU
ABŞ Danimarkada
19:50
236

ABŞ Danimarkada "Avropanın müdafiəsi" şüarı altında hərbi təlim keçirir

"Danimarkada "Avropanın müdafiəsi” şüarı altında ABŞ-Avropa hərbi təlimi başlayıb”.

7NEWS.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov bildirib.

"Borkxolma gələnlər var. Bu, NATO-nun Danimarka, Skandinaviya və Baltikdən olan üzvləri arasında həmrəylik və əməkdaşlıqdır”, - nazir tviter səhifəsində yazıb.

Məlumata görə, təlimdə "HİMARS" reaktiv yaylım atəş sistemi, Danimarkanın iki "F-16” qırıcısı, "Niels Juel” freqatı və Danimarka kral qvardiyasının 300 hərbçisi iştirak edir.

Vurğulanıb ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nun RF-nin sərhədləri yaxınlığında əməliyyat və döyüş hazırlığını artırdığını bəyan etmişdi. O, "Avropanın müdafiəsi” silsilə təlimi çərçivəsində alyansın 30 dövlətinin 40 minədək hərbçisinin iştirak edəcəyini söyləmişdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ