ABŞ-nin iki ştatında tsiklospora parazitinə məruz qalmış salat göyərtisinin istehlakı nəticəsində 3 mindən çox insan qida zəhərlənməsinə məruz qalıb.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, Ohayo və Miçiqan ştatlarında xəstəxanalarda 3 001 müraciət qeydə alınıb, onlardan 90 nəfəri stasionar müalicəyə cəlb olunub.
Həkimlərin fikrincə, kütləvi ishal hallarının yaranma səbəbi tsiklosporozdur. Bu bağırsaq infeksiyası yarpaqlı göyərtilərdə, xüsusən də latuk salatında və ya hovuz sularında rast gəlinən tsiklospora paraziti tərəfindən törədilir.
Bununla belə, mütəxəssislərə xəstəliyin dəqiq mənbəyini müəyyənləşdirmək üçün vaxt lazım olacaq.
CNN-in məlumatına görə, bu vəziyyət infeksiyanın uzun inkubasiya dövrü və patogen üzərində testlərin aparılmasının mürəkkəbliyi, eləcə də ABŞ-nin ictimai səhiyyə qurumlarının maliyyələşdirilməsinin və kadr potensialının ixtisar edilməsi ilə əlaqədardır.








