Amerikalı hərbçilər Suriyada İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) vurublar.
Bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz tviter hesabında paylaşıb.
Məlumata görə, PUA ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən hərbi bazasının yaxınlığında kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib.
Bununla yanaşı, "CENTCOM” PUA-nın vurulmazdan əvvəlki və sonrakı fotosunu da paylaşıb. İnsidentlə bağlı digər detallar açıqlanmayıb.









