ABŞ-ın dövlət borcunda tarixi rekord: Borc 40 trilyon dolları keçib
7News.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsasən, ölkənin ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dollar həddini aşaraq 40,04 trilyon dollara çatıb. İlin əvvəlində 38,4 trilyon dollar təşkil edən borc həcminin son beş il ərzində 10 trilyon dollardan çox artmasında pandemiya ilə bağlı stimullaşdırıcı tədbirlər, yüksək faiz xərcləri və vergi endirimləri əsas amillər olub.